Ölkə
Saat 09:00-da qaz kəsiləcək – Bu ərazilərdə


Bu gün Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhərinin, 26 kəndinin və 1 qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



