Direktorun qalmaqallı səs yazısı yayıldı

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
AZERFAX.AZ Baku tv-yə istinadən xəbər verir ki, sözügedən səs yazısında onun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələri eşidilir.
Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.
Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.
Daha ətraflı videomaterialda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.