Ölkə

Gömrük saxlama xidmətləri dövlət tənzimləməsindən çıxarıldı


Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, habelə gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancla bağlı xidmətlər qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button