AZERFAX TV

ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb

İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır, yekun razılaşma isə hələ formalaşdırılmayıb.

AZERFAX.AZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında bildirib.

“İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir”, – o qeyd edib.

Onun sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib.

“Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq”, – Pezeşkian vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button