AZERFAX TV

“Range Rover” sərnişin avtobusu ilə toqquşdu: çoxlu sayda yaralı var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir ailənin üzvləri – 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, həmçinin azyaşlılar -7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button