Ölkə

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib.

AZERFAX.az xəbər verir ki, aksiyada “AzerGold” QSC-nin və onun törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.

Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Donorların sağlamlıq vəziyyəti əvvəlcə müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.

Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button