Ölkə

Azərbaycanın BƏƏ-yə birbaşa investisiyaları azalıb


Bu ilin l yarısında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 156,3 milyonABŞ dolları birbaşa investisiya qoyub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı nəlumat yayıb.


Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 39,8 %-dən 11,6 %-ə düşüb.

6 ay ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 175,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 25,8 % azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,9 %-dən 5,4 %-ə düşüb.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 %çox) təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button