İqtisadiyyat

Azərbaycanın neft ixracı niyə azalıb?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 15 milyon 924,8 min ton xam neft ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xam neft ixracının 3,3 faiz azalması deməkdir. Bəs neft ixracının azalma səbəbləri nədir?

AZERFAX.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban AZERFAX.AZ-a açıqlamasında bildirib ki, neft hasilatının azalması Azərbaycanda sensasiyalı bir məsələ deyil. Çünki 2010-cu ilin üçüncü rübündən başlayaraq ölkədə hasilat azalmağa doğru gedib:

“Müxtəlif illərlə müqayisədə ən kəskin azalma 2011-ci ildə qeydə alınıb ki, bu da 12 faizdən artıq olub. Sonrakı illərdə isə gah azalma templəri zəifləyib, gah da sabit qalıb, amma ümumən neft hasilatı azalma xəttini davam etdirib və bu proses hələ də gedir. Son iki-üç ilə baxsaq, görərik ki, Azərbaycanda neft hasilatının səkkiz ay üzrə azalma tempi əvvəlki illərlə müqayisədə daha aşağı düşüb. Bu da Azəri-Çıraq-Günəşli blokunda ötən ilin aprelində quraşdırılan yeni hasilat platformasının tədricən hasilat templərini artırması ilə bağlıdır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button