Region

Gəncədə sürücü idarəetməni itirdi, daha iki maşınla toqquşdu.

Gəncədə sürücünün idarəetməni itirməsi zərcirvari qəza ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə o, “Hundai” və “Niva” markalı maşınlarla toqquşub. Qəza zamanı sərnişin 2005-ci il təvəllüdlü Vüsal Hüseynov, 2010-cu il təvəllüdlü Taleh Səfərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. V. Hüseynovdan vəziyyəti orta-ağır, 15 yaşlı T. Səfərovun isə  vəziyyəti qənaətbəxş qiymətləndirilir. Xəsarət alan digər zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button