Ağ Evdən Nobel Komitəsinin qərarına reaksiya

Ağ Ev 2025-ci il Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampa verilməməsi qərarına reaksiya verib.
AZERFAX.AZ xəbər verir ki, Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çeunq siyasətçi Mariya Korina Maçadonun 2025-ci il Nobel Sülh Mükafatı alması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Trampın mükafatı qazana bilməməsi Nobel Komitəsinin siyasəti sülhdən daha üstün tutduğunu ortaya qoyub. O bildirib ki, Tramp sülh mükafatını qazana bilməsə də, sülh müqavilələri bağlamağa və müharibələrə son qoymağa davam edəcək.
Qeyd edək ki, 2025-ci il Nobel Sülh Mükafatı Venesuelanın demokratik hüquqlarını müdafiə etmək uğrunda apardığı mübarizəyə görə siyasətçi Mariya Korina Maçadoya verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.