Ölkə

Azərbaycan millisi səfərdə Fransaya məğlub oldu


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.


AZERFAX.AZ-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

***

00:30

DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan oyununda üçüncü qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 3:0.

84-cu dəqiqədə Floryen Toven fərqlənib.

***

00:15

DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan oyununda ikinci qol vurulub.

AZERFAX.AZ-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 2:0.

69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.

***

23:53

DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan oyununda ikinci hissə başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadiondakı matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı norveçli baş hakim Rohit Saqqi idarə edir.

***

23:34

DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan oyununda ilk hissə başa çatıb.

AZERFAX.AZ-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Kilian Mbappe adını tabloya yazdırıb.

***

22:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa – Azərbaycan matçına start verilib.

AZERFAX.AZ-ın məlumatına görə, qarşılaşma Parisdəki “Park de Prens”” stadionuda keçirilir.

Matçı norveçli baş hakim Rohit Saqqi idarə edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button