Hövsanda kanalizasiya suları dənizə axıdılır?

Hövsan qəsəbəsi ərazisindəki çimərliyə kanalizasiya sularının axıdıldığı iddia edilir. Ona görə dənizin kənarında üfunətdən dayanmağın mümkün olmadığı bildirilir.
AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, çirkab suları birbaşa dənizə axıdılır.
Gözlə aydın görmək olur ki, dənizin suyu çirkab rəngindədir. Sahildə üfunətdən də dayanmaq mümkün deyil. Sakinlər bildirirlər ki, bu iy onların səhhətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, araşdırılaraq məsələyə aydınlıq gətiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.