Ölkə

Bu şəxslərə 1600 manat verilir


Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.

AZERFAX.AZ-ın məlumatına görə, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.


Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir.

Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button