Ölkə
Mehdiyev ev həbsini burada çəkir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkdiyi məlum olub.
AZERFAX.AZ unikal.az-a istinadən xəbər verir ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.
Qeyd olunub ki, R.Mehdiyev həmin ünvanda Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri general-polkovnik Ramil Usubovla qonşudur.
Məlumat üçün bildirək ki, Mehdiyevin ən məşhur villası Novxanı qəsəbəsində yerləşir. Ötən gün əməkdaşlarımız orada da olmuşdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



