Ölkə
Rəşad Nəbiyev yenidən bu vəzifəyə seçildi

Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.
AZERFAX.AZ teleqraf-a istinadən xəbər verir ki, konfrans qapalı baş tutub.
Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.
İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.
Qeyd edək ki, R. Nəbiyev 2021-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.