Ölkə
Qurbanov daha böyük kluba keçir?

“Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük”.
AZERFAX.AZ xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Haber Global” telekanalına verdiyi açıqlamada bildirib.
17 ildir “Qarabağ”ın sükanı arxasında olan Qurbanov klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
“Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda daha böyük bir kluba keçmək kimi bir fikrim yoxdur”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.