Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilədə

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.