Dünya
Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 24-ə çatdı

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.
AZERFAX.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu hadisə ilə Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.