Hadisə

Siyəzəndə qadın boğularaq öldürüldü – Qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli qismində saxlanılıb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyeva yaşadığı evdə boğularaq öldürülüb.

Əməli törətməkdə şübhəli bilinən rayonun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button