Dünya ondan danışır: Bir gecədə milyonçu oldu

Fransada hamı ondan danışır. Adı açıqlanmayan Lion sakini bir günün içində milyonçu olub.
AZERFAX.AZ xəbər verir ki, yerli KİV hadisənin təfərrüatını açıqlayıb. Məlum olub ki, Lion sakini yeni aldığı evin həyətində hovuz inşa etmək istəyib. O, qazıntı apararkən ağzına kimi dolu olan 5 ədəd plastik torba tapıb. Torbaları açarkən gözlərinə inanmayıb: qızıl!
Ev sahibi tapdığı qızılları polis bölməsinə təhvil verib. Polisin apardığı araşdırma zamanı qızılların oğurluq olmadığı aşkarlanıb. Evin əvvəlki sahibinin 15-20 il əvvəl öldüyünü əsas gətirən asayiş keşikçiləri 5 torba qızılı nümunəvi davranışı ilə hamını heyrətləndirən evin yeni sahibinə qaytarıblar.
Fransa mətbuatı qızılların ümumi dəyərinin 700 min avro olduğunu yazıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



