Ölkə

93 yaşlı qadın cavan qalmağının sirrini açdı


93 yaşlı Kris Meyer ABŞ-nin Florida ştatında yaşayır.

AZERFAX.AZ xəbər verir ki, xarici görünüşü və gümrahlığı ilə ətrafdakıların diqqətini cəlb edən Kris Meyer çox yaşamağın sirrini açıqlayıb. Məlum olub ki, o, heç vaxt dieta saxlamayıb.


“Səhərlər bir fincan kofe içirəm. Naharda adətən yumurta yeyirəm. Şam yeməyimin menyusuna qırmızı ət və balıq daxildir. Digər qida məhsullarından da istifadə edirəm. Özümü heç vaxt dünya malına tamarzı qoymamışam. Sadəcə, axşam yeməyimi bir qədər erkən yeyirəm”, – xanım Meyer deyib.

93 yaşlı ABŞ sakini həmişə insanlara gulumsədiyini qeyd edib: “Çalışıram ki, üzümdən heç vaxt təbəssüm əskik olmasın”.

Kris Meyer həyatının enişli-yoxuşlu olduğunu bildirib. Deyib ki, 33 yaşında ərindən boşanandan sonra damın altında tək qalıb: “Sosial problemlərin məni öz ağuşuna alıb iztiraba sürükləməsinə imkan vermədim”.

Xanım Meyer 93 illik ömründə yaşadığı ən dəhşətli hadisəni açıqlayıb. Deyib ki, 19 yaşlı nəvəsinin qəfil ölümü onu bərk sarsıdıb. Buna baxmayaraq, yenə həyatdan əlini üzməyib və o çətin günlərdə qızına dəstək olub.

Kris Meyer vaxtaşırı həkim müayinəsindən keçdiyini vurğulayıb: “Bu, çox vacibdir”.

93 yaşlı qadın cavan qalmağının daha bir sirrini açıqlayıb: “Məndən soruşsanız ki, neçə yaşın var? Dərhal belə cavab verərəm: 39. Qocalığı heç vaxt özümə yaxın buraxmıram”.

Qeyd edək ki, Kris Meyer gənclik illərində otelçilik fəaliyyəti ilə məşğul olub və reklam şirkətində məsul vəzifələr tutub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button