Ölkə

Cəlilabadda avtomobil aşdı – Xəsarət alanlar var

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button