Dünya

Türkiyədə ard-arda 3 güclü zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda ardıcıl olaraq 4 baldan güclü üç zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:16, 07:20 və 07:21-də baş verib. Onlardan ən güclüsünün maqnitudası 4,7, digərlərinin isə 4,2 bal olub.

AFAD-ın məlumatına görə, zəlzələlərin ocağı 7 ilə 12 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət ətraf bölgələrdə də hiss olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button