Ölkə
Azərbaycanın qadın basketbol millisi İrlandiyaya uduzdu


Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AZERFAX.AZ xəbər verir ki, A qrupunda yer alan yığmamız ikinci matçında İrlandiya millisini qəbul edib. Milli Gimnastika Arenasında baş tutan görüş qonaqların 91:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə məğlub olub.



