Ölkə

Dünyanın yalnız bu ərazisində yaşayır


Yeni Zelandiyanın milli simvolu olan kivi quşu (Apteryx) dünyada yalnız bu ölkədə yaşayan endemik növdür.

AZERFAX.AZ xəbər verir ki, bu Kivilərin beş növü mövcuddur və hamısı Yeni Zelandiyaya məxsusdur: qəhvəyi kivi, iri ləkəli kivi (roroa), kiçik ləkəli kivi (kiwi pukupuku), rowi və tokoeka. Bu növlər arasında rowi ən nadir sayılır.


Kivilərin qanadları cəmi 3–4 sm uzunluğundadır və uçmaq qabiliyyətləri yoxdur. Onlar burnu dimdiyin ucunda yerləşən yeganə quş növüdürlər ki, bu da onlara torpağın altındakı qurd və həşəratları tapmağa kömək edir.

Dişi kivinin yumurtası bədən ölçüsünə nisbətdə dünyanın ən böyük yumurtası sayılır – çəkisi quşun ümumi çəkisinin 20 faizinə bərabərdir. Kivilər əsasən gecə aktivdir, zəif görsələr də güclü qoxu və eşitmə qabiliyyətinə malikdirlər.

Hazırda təbiətdə təxminən 68 min kivi qalıb. Yeni Zelandiya hökuməti “Kivi Qoruma Proqramı 2050” layihəsi ilə bu quşların sayını artırmağa çalışır. Kivi quşu o qədər ölkə ilə bağlanıb ki, Yeni Zelandiya sakinlərinə belə “Kivi” deyilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button