Ölkə

Rusiya Azərbaycanın notasına cavab verdi


“Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi”.

AZERFAX.AZ Teleqraf.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib .


“Əgər bu, həqiqətən də baş veribsə, təbii ki, heç kimin Azərbaycan səfirliyini atəşə tutmaq niyyəti olmayıb. Biz yalnız hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən infrastruktura, hərbi obyektlərə zərbələr endiririk. Bu, elektron müharibə və hava hücumundan müdafiə sistemləri işləyəndə də baş verə bilər. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi müəyyən izahat verməlidir ki, bunu heç kim planlaşdırmayıb”, – Çepa qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button