Ölkə
Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.
AZERFAX.AZ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.
Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.
Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



