Ölkə

London derbisində qalib olmadı


Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tura yekun vurulub.


AZERFAX.AZ xəbər verir ki, turun mərkəzi oyununda “Çelsi” öz meydanın “Arsenal”ı qəbul edib. London derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Trevo Çaloba, qonaqlardan isə Mikel Merino fərqlənib.

Turun digər görüşlərində “Mançester Yunayted” “Kristal Pelas”a (2:1), “Fulhem” “Tottenhem”ə (2:1), “Liverpul” “Vest Hem”ə (2:0), “Aston Villa” “Vulverhempton”a (1:0), “Brayton” isə “Nottingem Forest”ə (2:0) qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 30 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 25 xalla 2-ci, “Çelsi” 24 xalla 3-cüdür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button