Ölkə
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı


Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini əldə edib.
AZERFAX.AZ xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnirdə idmançımız avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
Qeyd edək ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib. O, həmin döyüşdə braziliyalı Cefferson Nasimentoya qalib gəlib.



