5 dəfə təkrarladığı sözlər ilin ən populyar ifadəsi seçildi

Yaponiyada Baş nazir Takaiçi Sanaenin seçildikdən sonra qələbə nitqində təkrarladığı “İşləməyə söz verirəm” ifadəsi ilin ən populyar ifadəsi olub.
AZERFAX.AZ xəbər verir ki, T&D Hoken Groups şirkəti ölkə miqyasında “İlin yeni və dəbli ifadələri 2025” müsabiqəsi təşkil edib. Takaiçi Sanaenin qələbə nitqində 5 dəfə təkrarladığı “İşləməyə söz verirəm” və “Qadın Baş nazir” ifadələri ilin ən populyar ifadələri seçilib. Mükafatlandırma mərasimində çıxış edən Takaiçi çox çalışmaq və ölkəyə töhfə vermək istədiyini vurğulayıb. O bildirib ki, bu ifadə ilə vətəndaşı çox çalışmağa təşviq etmək niyyətində olmayıb.
Takaiçi güclü iqtisadiyyat, təhlükəsizlik, diplomatiya və yüksək rifahı təmin etmək üçün əlindən gələni edəcəyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



