Tanınmış güləşçi, üçqat olimpiya çempionu vəfat etdi

Rusiyalı güləşçi, üçqat olimpiya çempionu Buvaysar Saytiyev 50 yaşında ölüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat yayıb.
Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb, lakin bəzi mənbələr onun zəhərlənmə şübhəsi ilə Moskva xəstəxanasına yerləşdirildiyini qeyd edir.
“Baza”nın məlumatına görə, ölümün rəsmi səbəbi ürək dayanması olub.
Çeçenistan rəhbəri Ramzan Kadırov da Saitiyevin ölümü ilə bağlı məlumatı təsdiqləyib və bildirib ki, idmançı bu yaxınlarda Moskva xəstəxanalarından birində müalicə alırdı və ürəyində problemlər olub.
Qeyd edək ki, Saytiyev1996, 2004 və 2008-ci illərdə Olimpiya qızılını qazanıb. O, altı dəfə dünya, altı dəfə Avropa çempionu olub. Saitiev 7-ci çağırış Dövlət Dumasının deputatı olub (2016-cı ildən 2021-ci ilə qədər). O, həm də Dağıstan rəhbərinin müşaviri olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.