AZERFAX TV

KL: 2-ci mərhələyə start verilir

Bu gün Çempionlar Liqası ilə yanaşı, Konfrans Liqasında da 2-ci təsnifat mərhələsi start götürəcək.

AZERFAX.AZ xəbər verir ki, mərhələnin ilk oyunları üç günü əhatə edəcək.

Açılış günündə üç qarşılaşma baş tutacaq. “Göteborq” “Levadiya”nı, “Floriana” “Drita”nı qonaq edəcək, “Dyor” isə Lüksemburqda “Atert Bissen” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən “Neftçi” sabah Bakıda “Dinamo Minsk”lə, digər təmsilçimiz “Zirə” isə Estoniyada “Payde” ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21 iyul

21:00. Göteborq (İsveç) – Levadiya (Estoniya)

21:30. Floriana (Malta) – Drita (Kosovo)

22:15. Atert Bissen (Lüksemburq) – Dyor (Macarıstan)

Related Articles

Bir cavab yazın

Back to top button