Bu şəxslərə müavinət verilir

Azərbaycanda 14 yaşından yuxarı xəstələnmiş ailə üzvünə baxım göstərən şəxslərə müavinət verilir.
AZERFAX.AZ-ın məlumatına görə, qaydalara əsasən, müavinətin məbləği şəxsin 12 ay ərzində aldığı maaşa və baxım günlərinin sayına əsasən müəyyən edilir. Ailə üzvünə qulluq edildiyi zaman müavinət ən çox 7 təqvim günü üçün verilir.
Lakin xəstənin vəziyyəti ağır olduqda və ailənin yaşayış şəraiti nəzərə alınaraq istisna hallarda bu müddət uzadıla bilər. Belə hallarda da müavinətin verilmə müddəti ümumilikdə 10 gündən artıq ola bilməz. Bu qərar çətin vəziyyətdə olan ailələrin sosial təminatını gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilməsinə görə müavinət aldıqdan sonra, növbəti məzuniyyət vaxtı xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilirmir. Yəni, növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



