Ölkə

Kanadadan Suriya ilə bağlı önəmli qərar


Kanada hökuməti Suriyaya dair siyasətində mühüm dəyişiklik edib.

AZERFAX.AZ xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya əsasən, aparılan geniş araşdırmalardan sonra Suriya “Terrora Dəstək Verən Xarici Dövlətlər” siyahısından çıxarılıb. Eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatı da Kanadanın “Terrorçu Təşkilatlar” siyahısından silinib.


Nazirlik bu qərarın Suriya keçid hökumətinin ölkə və regionda sabitliyin bərqərar olması istiqamətində qlobal tərəfdaşlarla əməkdaşlığını dəstəkləmək məqsədi daşıdığını bildirib.

Rəsmi Ottava həmçinin terror təşkilatı DEAŞ-a qarşı Beynəlxalq Koalisiya ilə birgə fəaliyyət də daxil olmaqla, terrorla mübarizədə qlobal səylərini davam etdirəcəyini vurğulayıb.

Kanada Xarici İşlər naziri Anita Anand qərarı müsbət qiymətləndirərək deyib:

“Kanada, Əsəd rejiminin süqutundan sonra Suriya keçid hökumətinin dinc və suriyalıların rəhbərliyi ilə aparılan siyasi keçidə doğru atdığı addımları məmnunluqla qarşılayır.”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button