Ölkə

ADAU-da Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafındakı tarixi rolundan danışılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən fakültə dekanı Xaliq Xəlilov, ictimai fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevda Abdullayeva və Torpaqşünaslıq və Aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafındakı tarixi rolundan, ölkəmizin dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button