Ölkə

​Türkiyədə futbolçu güllələndi


Türkiyədə futbolçu naməlum şəxslərin hücumuna məruz qalaraq həyatını itirib. Qanlı hadisə Kocaeli şəhərində baş verib.


AZERFAX.AZ xəbər verir ki, silahlı hücum nəticəsində həyatını itirən futbolçunun adı Uğurcan Bekçi olub. 27 yaşlı Ugurcan “Sultanbeyli Belediyespor” klubunun şərəfini qoruyub. O, dekabrın 17-də naməlum şəxslər tərəfindən güllələnib. Həkimlərin səylərinə baxmayaraq, Uğurcan Bekçi bu gün həyatını itirib.

Polis cinayətkarları yaxalamaq üçün bölgədə geniş miqyaslı əməliyyata başlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button