Ölkə

​Roma Papasının hədiyyə etdiyi heykəl oğurlandı


Suriyanın paytaxtı Dəməşqdəki Müqəddəs Paul kilsəsində oğurluq hadisəsi baş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dəməşq İnformasiya İdarəsi məlumat yayıb. Naməlum şəxslərin kilsədəki maddi və mənəvi dəyəri böyük olan heykəllərdən birini oğurladığı bildirilib.


Yoxa çıxan heykəlin 1999-cu ildə Roma Papası İoan Pavel tərəfindən hədiyyə oluduğu qeyd edilib.

Misdən hazırlanan heykəlin maddi dəyərinə görə oğruların diqqətini cəlb etdiyi güman olunur.

Faktla bağlı cinayət işi qaldırılıb. Suriya polisi oğruları yaxalamaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button