Ölkə

​”Galatasaray”ın futbolçusu 1 qolla canını qurtardı


Türkiyənin “Qalatasaray” klubu bəzi futbolçularla yollarını ayırmağa hazırlaşır. İstanbul təmsilçisi qış transfer dövründə 3 futbolçusunu yola salacaq


AZERFAX.AZ xəbər verir ki, baş məşqçi Okan Burukun siyahısında Ahmet Kutucu, Yusuf Dəmir və Berkan Kutlunun adı var. Onların yaxın bir ayda sarı-qırmızılı forma ilə vidalaşacaqları gözlənilir.

“Türkiye” qəzeti bu mövzuda maraqlı məlumat əldə edib. Qəzet yazıb ki, “Galatasay”ın “Başakşehir”lə qarsılaşdığı matçda əsas heyətdə meydana çıxan və vurduğu qolla komandasına qələbə qazandıran Ahmet Kutucu “qara siyahı”dan cıxmağı bacarıb. Okan Buruk Kutucunun satılmasına etiraz edib.

“Türkiye” qəzeti baş məşqçinin növbəti oyunlarda da yetirməsinə şans verəcəyini yazıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button