Ölkə

İlin son oyunu Sumqayıtda keçirildi


Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulub.


AZERFAX.AZ xəbər verir ki, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural Qurbanov idarə edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Şamaxı”ya, “Neftçi” “Karvan-Yevlax”a, “Qarabağ” “Qəbələ”yə qalib gəlib, “Zirə” – “İmişli” matçında isə qolsuz heç-heçə qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button