“Qarabağ” Koxalski ilə bağlı qərar verdi

“Qarabağ”ın bir neçə Avropa klubunun diqqət mərkəzinə düşən Mateuş Koxalskini bu qış satıb-satmayacağı dəqiqləşib.
AZERFAX.AZ Fanat.az-a istinadən xəbər verir ki, polşalı qolkiper ən azı cari mövsümün sonuna qədər Ağdam təmsilçisində qalacaq.
Digər “çərçivə” qoruyucusu Şahruddin Məhəmmədəliyevin zədələnərək sıradan çıxması “köhlənlər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan Mateuşun yanvarda iş yerini dəyişmək ehtimalını minimuma endirib.
Belə ki, baş məşqçi Qurban Qurbanov 25 yaşlı futbolçunun sərəncamında qalmasını, Çempionlar Liqasının əsas mərhələsinin son 2 turunun matçlarında – yanvarın 21-də Bakıda “Ayntraxt”a, 28-də isə “Enfild”də “Liverpul”a qarşı oyunlarda meydanda olmasını istəyir. Koxalski özü də pley-off şansını qoruyan Azərbaycan təmsilçisini yarıyolda qoymaq niyyətində deyil.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



