Ölkə

Tanınmış hücumçu “Qarabağ”a təklif olundu


Polşanın “Motor” klubunda çıxış edən millimizin üzvü Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirə bilər.


AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, qış fasiləsində “Motor”dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.
Dadaşovun meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib.

Lakin onun “Zirə”yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.

Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button