Ölkə
Saat 13:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



