Region

Goranboyda dəm qazı ər-arvadı xəstəxanalıq etdi.

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə ər və arvadı ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 1975-ci il təvəllüdlü Aqşin Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Qəribovaya dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Dərhal hər iki şəxsə tibbi yardım göstərilib, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button