AZERFAX TV

İmamoğlunun həbs müddəti uzadıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Ekrem İmamoğlunun həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Publika.az xəbər verir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri uzadılıb.

Hazırda Silivri həbsxanasında saxlanılan sabiq merin növbəti məhkəmə iclası martın 9-na təyin edilib.

Xatırladaq ki, İmamoğlu 2025-ci ilin martında həbs edilib. Ona qarşı bir neçə fərqli cinayət işi, o cümlədən “siyasi casusluq” və “dövlət əmlakını mənimsəmə” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button