AZERFAX TV
Tbilisidə məşhur ticarət mərkəzi YANDI


“Kidobani” ticarət mərkəzində baş verən yanğın tam söndürülüb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri və dəymiş zərərin həcmi araşdırılır.
***
Tbilisi şəhərində yerləşən “Qızıl Ark” (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.
Publika.az xəbər verir ki, yanğın ticarət mərkəzindəki qızıl mağazasında birində başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.
Xəsarət alanlar barədə məlumat yoxdur.



