AZERFAX TV

“Elli” fırtınasına görə iki oyun təxirə salındı

Almaniyanın bir sıra əyalətlərində tüğyan edən “Elli” fırtınası Bundesliqanın oyunlarına da təsir edib.

Publika.az xəbər verir ki, bu barədə Alman Futbol İttifaqı (DFB) məlumat yayıb.

Bildirilib ki, ölkə çempionatının 16-cı turu çərçivəsində yanvarın 10-da keçirilməsi nəzərdə tutulan iki qarşılaşma (“Verder Bremen” – “Hoffenhaym” və “St Pauli” – “Leypsiq” görüşlərinin) fırtına ilə əlaqədar təxirə salınıb.

Hər iki klubun rəhbərlikləri stadionlarda xeyli həcmdə qar kütləsinin toplanması və ərazinin buz bağlanmasının oyunların keçirilməsinə imkan verməməsi barədə DFB-yə müraciət etdikdən sonra belə bir qərar qəbul olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button