AZERFAX TV
Toyda faciə: Bəy, gəlin və 6 nəfər öldü


Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.
Bu hadisə ilə bağlı araşdırma başlanılıb.



