AZERFAX TV

Oktay Kaynarca və Emel Müftüoğlu barəsində belə qərar verildi

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində saxlanılan aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər barəsində qərar verilib.

Publika.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Məhkəmədə ifadələri alınan şübhəlilərdən Oktay Kaynarca və Emel Müftüoğluna ölkədən çıxmamaqla bağlı qadağa qoyulub və hər ikisinə qarşı məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Saxlanılan digər şübhəlilərdən Ali Sert, Rabia Karataş həbs edilərək həbsxanaya göndəriliblər. Neda Şahin və Selen Çetinkaya isə məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button