AZERFAX TV
TRIPP layihəsi ilə bağlı daha bir bəyanat qəbul olundu


“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsini elan etdik”.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O, bildirib ki, bu, beş ay əvvəl Azərbaycan, ABŞ, Ermənistan liderlərinin imzaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır.
“TRIPP Cənubi Qafqazın ticarət, tranzit və enerji axını sahəsindəki potensialını ortaya çıxaracaq və bütün regionda rifahı və təhlükəsizliyi artıracaq”,- deyə Rubio qeyd edib.



