AZERFAX TV

Kante “Fənərbağça”da bu qədər maaş alacaq

“Əl-İttihad” klubunun fransalı yarımmüdafiəçisi N’Qolo Kante karyerasını Türkiyədə davam etdirəcək.

Publika.az xəbər verir ki, 34 yaşlı futbolçu “Fənərbağça” ilə müqavilə şərtlərini razılaşdırıb. Bu barədə insayder Pedro Almeyda məlumat yayıb.

Anlaşmaya əsasən, Kante illik təxminən 2,5 milyon avro qazanacaq. “Əl-İttihad” da oyunçunun Türkiyəyə keçidinə razılıq verib.

Cari mövsümdə Kante Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 22 oyuna çıxıb və 1 qol vurub. Fransalı yarımmüdafiəçi komandada 2023-cü ilin yayından çıxış edir. Onun illik maaşının 40 milyon avro olduğu bildirilir.

Heybət

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button